Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvi Əliyeva Ayşən Namiq qızı "Həmrəyliyimiz birliyimizdir" adlı respublika rəsm və əl işləri müsabiqəsinin qalibi olub.
Xatırladaq ki, "Həmrəyliyimiz birliyimizdir" adlı respublika rəsm və əl işləri müsabiqəsi Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.
Ayşəni təbrik edirik və yeni-yeni uğurlar arzulayırıq.