18.01.2023

"20 yanvar mūstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir" mövzusunda dəyirmi masa keçirilib

İmişli rayon təhsil sektorunda "20 yanvar mūstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir" mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbirdə 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığına, azərbaycançılıq məfkurəsinin bir ideologiya kimi formalaşmasına yönəlmiş ən ciddi aksiya və Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmaq yolunda şərəfli səhifə olduğu bildirilib. 20 Yanvar faciəsinin dövlət səviyyəsində cinayət olduğu, öz vətəndaşının təhlükəsizliyini təmin etmək əvəzinə SSRİ-nin Azərbaycan xalqına qarşı qanlı cinayət törədməsindən və 20 Yanvar hadisəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən mükəmməl siyasi qiymət verildiyi diqqətə çatdırılıb.

 

Çıxış edənlər Ulu öndərin ailə üzvləri ilə birgə Azərbaycanın daimi nümayəndəliyinin binasına gedərək orada Sovet İttifaqı rəhbərliyi qarşısında öz sözünü deməsindən, rejimə qarşı çıxmasından və Azərbaycan xalqının iradəsinin 20 Yanvar qırğınının əzə bilməməsindən danışıblar.

 

Sonra 20 Yanvar faciəsində şəhid olmuş insanların Azərbaycan xalqının mübarizlik, azadlıqsevərlik ruhunu qoruyaraq dünyaya bəyan etdikləri vurğulanıb.

 

Tədbir iştirakçıları bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyiblər.

 

 


Açar sözlər: ,  ,  ,