19.01.2023

Məktəblərdə ilk dərslər 20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünə həsr edilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ilk dərslər 20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünə həsr edilib.

 

Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Dərslərdə müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə şagirdlər ətraflı və geniş məlumatlar veriblər.


Açar sözlər: ,  ,  ,  ,