19.01.2023

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

 

Tədbirlər dövlət himninin səslənməsi ilə açıq elan edilərək, müstəqilliyimizin əldə edilməsi, vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. 

 

Keçirilən tədbirlərdə RTİ-nin əməkdaşları da iştirak edib. Tədbirlərdə 20 Yanvar hadisələrinə qısa nəzər salınaraq ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan xalqın dinc etirazının qəddar şəkildə boğulmasını insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib, bu yolda canlarından keçən mübariz oğul və qızların sayəsində dövlətimizin müstəqilliyə qovuşduğu barədə geniş məlumat verilib.


Açar sözlər: ,  ,  ,  ,  ,