Beyləqan şəhər 8 nömrəli tam orta məktəbdə Beyləqan rayon təhsil sektoru üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov və Beyləqan RTS-nun müdir səlahiyyətlərini icra edən Həsən Məmmədov iştirak ediblər.
Görüşdə məktəbəqədər təhsil müəssisələrinin mövcud vəziyyəti, MTİS proqramının icra vəziyyəti, uşaqların davamiyyəti, normativ hüquqi sənədlərin işlənməsi və qarşıda duran hədəflər müzakirə edilib.
Daha sonra məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə müəyyən məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.