YAP İmişli rayon təşkilatı və İmişli rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə 7 nömrəli tam orta məktəbdə “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının və Təhsil sektorunun əməkdaşları, rayon təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əluyevin elm-təhsil sahəsində çoxşaxəli, geniş xidmətləri faktlarla, ərtaflı təhlil olunaraq diqqətə çatdırııb. Dahi liderin hər bir inkişafın elm və təhsildən asılı olduğunu xüsusi qeyd etdiyi bildirilib. Ümummilli liderin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdığı diqqətə çatdırılıb.
Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verir.
Daha sonra çxış edənlər vurğulayıblar ki, daimi olaraq Ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı, qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir.
“Heydər Əliyev ili”nə həsr olunmuş silsilə tədbirlərin mütəmadi olaraq keçiriləcəyi tədbir iştirakçılarına bildirildi.