09.02.2023

Peşəyönümünə istiqamətləndirmə ilə bağlı görüş

Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialının əməkdaşı İmişli şəhər 4 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb.

 

Görüşün məqsədi şagirdlərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsi və düzgün ixtisas seçiminə yönəltmək olub.

 

Şagirdlərlə aparılan söhbətlərdə şagirdlərə uyğun peşələrin siyahısı, bu peşələrin tədris olunduğu ali məktəblərin adları və bir sıra lazımlı tövsiyələr verilib.


Açar sözlər: ,  ,  ,