10.02.2023

Saatlıda məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib

Saatlı rayon təhsil sektoru üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov və Saatlı RTS-nın müdiri Günay Soltanova iştirak ediblər.

 

Görüşdə məktəbəqədər təhsil müəssisələrinin mövcud vəziyyəti, MTİS proqramının icra vəziyyəti, uşaqların davamiyyəti, normativ hüquqi sənədlərin işlənməsi və qarşıda duran hədəflər müzakirə edilib.

 

Daha sonra məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə müəyyən məsələlər ətrafında müzakirələr aparılıb, və onların çoxsaylı sualları cavablandırılıb.


Açar sözlər: ,  ,