10.02.2023

İmişli rayon təhsil sektorunda məktəb rəhbərləri ilə gürüş keçirilib

Görüşdə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilə bağlı rayon üzrə pilot məktəblərin seçilməsi və qaydaların mahiyyəti barədə məktəb rəhbərlərinə bir daha ətraflı məlumat verilib. Sözügedən sənədin məktəblərdə direktor müavinlərinə, müəllimlərə, məktəb psixoloqlarına, uşaq birliyi rəhbərlərinə, sinif rəhbərlərinə, şagird və valideynlərə çatdırılmasını təmin etmək məqsədilə görüşlərin, “dəyirmi masa”ların keçirilməsinin vacibliyindən danışılıb.

 

Daha sonra “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli qərarından irəli gələn tələblər barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Məktəblər üzrə geyim forması dəstinin ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə martın 1-dək müəyyən edilməsi və ən azı üç tədris ili dəyişməz olaraq qalması barədə danışılıb.

 

Sonda hər iki məsələ ilə bağlı məktəb rəhbərlərinin çoxsaylı sualları cavablandırılıb və təklifləri qeydə alınıb.


Açar sözlər: ,  ,