13.02.2023

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışı keçirilib

İmişli rayonu Muradallı kənd tam orta məktəbin V-VI sinif şagirdləri arasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışı keçirilib.

 

Bilik yarışının keçirilməsində məqsəd Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, şagirdlər arasında maarifləndirmə işinin aparılması olub.

 

V sinif şagirdləri təqdim olunan suallara daha çox cavab verərək yarışın qalib olublar.


Açar sözlər: ,  ,