13.02.2023

“Narkomaniyaya yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici görüş keçirilib.

 

Tədbirdə narkomaniya və onun fəsadları haqqında şagirdlərə geniş və ətraflı məlumat verilib. Onlara sağlam həyat tərzinin aşılanmasında, zərərli vərdişlərə, narkotikaya qarşı meylin qarşısının alınmasında məktəblərin pedaqoji kollektivləri və xüsusilə də, psixoloqları qarşısında duran mühüm və məsul vəzifələrdən danışılıb.

 

Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirilib. Onlara zərərli vərdişlərdən uzaq olmaq və sosial bəlalara qarşı mübarizə aparmaq üçün tövsiyələr verilib.


Açar sözlər: ,  ,  ,  ,