14.02.2023

“Heydər Əliyev və Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib

İmişli şəhər A. Eminov adına 7 nömrəli tam orta məktəbdə “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” mövzusunda şagirdlərin iştirakı ilə tədbir keçirilib.

 

Tədbirdə çıxış edənlər ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin gənclərə diqqət və qayğısından danışıb, dövlət - gənclər siyasətinin uğurla həyata keçirilməsini faktlarla diqqətə çatdırıblar. Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi çoxşaxəli işlərdən söhbət açıblar.

 

Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbir şagirdlərin ifasında səsləndirilən şeir və nümayiş olunan musiqili ədəbi-bədii kompozisiyası ilə davam edib.


Açar sözlər: ,  ,  ,