15.02.2023

Məktəbəqədər təhsil müəssisə rəhbərlərinin iştirakı ilə görüş keçirilib

İmişli rayon təhsil sektoru üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov və əməkdaşı Fərahim Nağıyev iştirak edib.

 

Tədbirdə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunması vəziyyəti, MTİS (Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sistemi) proqramının son icra vəziyyəti, uşaqların davamiyyəti, bağçalar üzrə normativ hüquqi sənədlərin işlənməsi və qarşıda duran hədəflər ətrafl olaraq müzakirə edilib.

 

Daha sonra məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə müəyyən məsələlər ətrafında müzakirələr aparılıb, onların çoxsaylı sualları cavablandırılıb və təklifləri qeydə alınıb.


Açar sözlər: ,  ,