16.02.2023

“Erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzularında maarifləndirici gorüş keçirilib

Saatlı rayon Polis Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə Saatlı rayonu Nərimankənd kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzularında maarifləndirici gorüş keçirilib.

 

Tədbirdə Saatlı RPŞ-nin əməkdaşı Rəcəb Gülməmmədov, Mərkəzi Xəstaxananın həkimi Azər İsmayılov və rayon təhsil sektorunun əməkdaşı Mikayıl Rüstəmov iştirak ediblər.

 

Görüşdə şagirdlərə narkomaniyanın və erkən nikahın cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıtdığını, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillərdən olduğunu bildiriblər. Ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı mübarizədən danışıblar.

 

Sonda şagirdləri maraqlandıran sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,