18.02.2023

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Beyləqan Rayon İcra Hakimiyyəti, Rayon Polis şöbəsi və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə RİH-nin başçısının birinci müavini Telman Məstanov, RPŞ-nin rəisi Rüstəm Cəfərov və əməkdaşları, RTS müdir əvəzi Həsən Məmmədov, Dünyamalılar kənd tam orta məktəbinin IX-XI sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıblar. Bu bəlaya düçar olan şəxslərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu vurğulayan çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər.

 

Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğu diqqətə çatdırılaraq, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışılıb, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.

 

Sonad şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,