19.02.2023

Mərkəzləşdirilmiş qaydada sınaq test imtahanı keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorları üzrə ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında buraxılış fənləri üzrə mərkəzləşdirilmiş qaydada sınaq test imtahanı keçirilib.

 

İmtahanının keçirilməsində məqsəd şagirdlərin müvafiq fənlər üzrə əldə etdikləri bilik və bacarıqları müəyyənləşdirmək, mövcud geriliyi aşkar edib vaxtında aradan qaldırmaq, eyni zamanda məsuliyyətin artırılması olub.

 

Yaxın günlərdə məlum olacaq nəticələr MMRTİ-də və təhsil sektorlarında geniş şəkildə təhlil və müzakirə olunacaq.


Açar sözlər: ,  ,