20.02.2023

Təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, laborant, kitabxana müdiri, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqəyə start verilir

Təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, laborant, kitabxana müdiri, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqəyə start verilir.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, laborant, kitabxana müdiri, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

 

Müsabiqə üç mərhələdən ibarət olacaqdır. Sənədlərin qəbulu, test imtahanı və müsahibə. Hər üç mərhələdən uğurla keçən namizədlərə müvafiq vakansiya üzrə vəzifə təklif olunacaqdır.

 

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə yerli təhsil idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər aşağıda verlimiş link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdkj6VG4PYNhQ363C2ZGg0TmwqXVYR8lreYYfbDHdgf_GptGg/viewform?usp=share_link

 

 

Qeydiyyat müddəti 20 fevral 2023-cü il tarixdə başlamaqla, 10 təqvim günü ərzində davam edəcək və 01 mart 2023-cü il tarixdə saat 23:59-da başa çatacaq.

 

Qeydiyyatdan keçmiş namizədlər qeydiyyatda göstərilən məlumatların doğruluğunu təsdiq edən müvafiq sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, təhsil sənədlərinin, əmək kitabçasının surətləri) 03 mart 2023-cü il saat 18:00-dək aidiyyatı üzrə rayon təhsil sektorlarına təqdim etməlidir. 

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

 

Namizədlər üçün tələblər:

 

Təsərrüfat işləri üzrə direktor müavini

Orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.

 

Təsərrüfat müdiri

Müvafiq sahə üzrə orta ixtisas təhsili, 1 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı və ya ümumi orta təhsili və 3 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı.

 

Laborant

4-cü dərəcə: ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

5-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan.

 

Kitabxana müdiri

12-ci dərəcə: orta ixtisas təhsili, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı;

13-cü dərəcə: ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 8 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı.

 

Kitabxanaçı

7-ci dərəcə: ümumi orta təhsil və 3 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 9 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 12 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, kitabxanaçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə: ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, kitabxanaçı vəzifəsində 8 ildən az olmayaraq əmək stajı.

 

Uşaq birliyi təşkilatı rəhbəri

7-ci dərəcə: ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

9-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən az olmayaraq əmək stajı; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: ali pedaqoji təhsil, 5 ildən az olmayaraq əmək stajı.

 

Aşağıdakı keçiddən istifadə edərək Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakansiyalarala tanış ola bilərsiniz. Müsabiqənin müsahibə mərhələsində uğur qazanan namizədlər vakant yer seçmək hüququ əldə edəcəklər.

https://drive.google.com/file/d/11Bd1xB-Rx8c9x_EQeM9tq-GQwzGMbwiT/view?usp=sharing

 

 

Qeyd:

Müsabiqənin müsahibə mərhələsinədək vakansiya siyahısına yeni yaranmış yerlər əlavə oluna bilər;

Namizədlər yalnız bir vəzifə üzrə müsabiqədə iştirak edə bilər.

 

Bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,