21.02.2023

21-i fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 21-i fevral Beynəlxalq Ana Dili Günü münasibətilə inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, xüsusi dərslər təşkil edilib.

 

Tədbirlərdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumatlar verilib.


Açar sözlər: ,  ,