21.02.2023

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanması ilə bağlı Beyləqan rayonunda tədbir keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin (MMRTİ) təşkilatçılığı ilə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanması ilə bağlı Beyləqan rayonunda tədbir keçirilib.

 

Tədbirdə MMRTİ-nin müdir müavini Rabil Şahbazov, Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Beyləqan rayon təhsil sektoru üzrə pilot layihənin tətbiq olunacağı məktəblərin rəhbərləri və Beyləqan rayon təhsil sektorunun əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər məktəb idarəçiliyində, şagird-müəllim münasibətlərinin tənzimlənməsində sistemliliyin yaradılmasında vahid qaydaların tətbiqinin zəruri olduğunu bildiriblər. "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın şagirdlərin bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə məktəblərdə nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyini diqqətə çatdırıblar. Eyni zamanda məktəblərin nüfuzunun artırılmasına dəstək verəcəyindən danışıblar.

 

Sonra məktəbdaxili münasibətlər, şagirdlərin dərsə davamiyyəti və səmərəli məktəb mühiti ilə bağlı geniş müzakirələr aparılıb.

 

Sonda tədbir iştirakçılarının sözügedən məsələ ilə bağlı sualları cavalandırılıb.


Açar sözlər: ,  ,  ,