21.02.2023

“Heydər Əliyev və Azərbaycan dili” adlı intellektual bilik yarış keçirilib

“Heydər Əliyev İli” çərçivəsində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” adlı intellektual bilik yarış keçirilib.

 

İmişli rayonu Məzrəli kənd tam orta məktəbində keçirilən yarışda rayonun 11 məktəbinin şagirdlərindən ibarət komandalar iştirak ediblər.

 

2 mərhələdə keçirilən bilik yarışında Aranlı kənd 2 saylı məktəbin komandası I, Aranlı kənd 1 nömrəli məktəbin komandası II, Hacalmuradlı kənd tam orta məktəbi komandası isə III yeri tutublar.

 

Qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,