22.02.2023

İmişli şəhər 4 nömrəli uşaq bağçasında tədbir keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq İmişli şəhər 4 nömrəli uşaq bağçasında tədbir keçirilib.

 

Bayram tədbirində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

 

Bayarm tədbirini bağçanın müdiri Günel Bəşirova açaraq qonaqları salamlayıb və tədbir barədə, onun məqsədi, “Heydər Əliyev İli” ilə bağlı bağçada görülən işlər barədə məlumat verib.

 

Sonra bağçada tərbiyə alan uşaqların ifasında ümummilli lider Heydər Əliyevə, Azərbaycana həsr olunmuş şerlər və mahnılar səsləndirilib, rəqslər ifa olunub.


Açar sözlər: ,  ,