22.02.2023

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanması ilə bağlı növbəti görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin (MMRTİ) təşkilatçılığı ilə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanması ilə bağlı Saatlı rayonunun Əlisoltanlı kənd tam orta məktəbində növbəti görüş keçirilib.

 

Tədbirdə MMRTİ-nin Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov və aparıcı məsləhətçisi Fərahim Nağıyev, Sabirabad, Saatlı və İmişli rayon təhsil sektoru üzrə pilot layihənin tətbiq olunacağı məktəblərin rəhbərləri, həmin rayon təhsil sektorlarının əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən Mahir Zahidov məktəb idarəçiliyində, şagird-müəllim münasibətlərinin tənzimlənməsində sistemliliyin yaradılmasında vahid qaydaların tətbiqinin zəruri olduğunu bildirib. "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın şagirdlərin bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə məktəblərdə nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyini diqqətə çatdırıb. Eyni zamanda qaydalarla bağlı və digər məlumatları slaydlar vasitəsi ilə nümyiş etdirərək izahatlar verib.

 

Qeyd edək ki, MMRTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 20 məktəbdə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılacaqdır.

  

Sonda tədbir iştirakçılarının sözügedən məsələ ilə bağlı sualları cavalandırılıb.


Açar sözlər: ,  ,