24.02.2023

Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş məktəblilər arasında inşa yazı və rəsm müsabiqələrin yekun mərhələsi, region turu keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş məktəblilər arasında inşa yazı və rəsm müsabiqələrin yekun mərhələsi, region turu keçirilib.

 

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən müsabiqənin region turunda MMRTİ-nin Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov və aparıcı məsləhətçisi Fərahim Nağıyev, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonunun təhsil sektorlarının əməkdaşları, məktəb rəhbərləri və məktəblilər iştirak ediblər.

 

Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək, ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasətinin acı nəticilərini şagirdlərə çatdırmaq, eləcə də istedadlı şagirdləri üzə çıxarmaq olub.

 

Tədbir Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla edilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında geniş məlumat verərək faciəni törədənləri şiddətlə qınayıblar. Həmçinin çıxışlarda yaşlıların, uşaqların, qadınların kütləvi surətdə və amansızlıqla qətlə yetirildiyinin heç bir insanlığa sığmadığı diqqətə çatdırılıb. Günahsız insanların, körpələrin amansızlıqla qətlə yetirilməsi erməni terrorunun və vəhşiliyinin bariz nümunəsi olduğu bildirilib.

 

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra müsabiqənin region turuna təqdim edilən  rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Daha sonra müsabiqəyə təqdim edilmiş inşa və rəsm işləri əsasnamədə göstərilən meyarlarla münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.

 

Belə ki, rəsm müsabiqəsində Beyləqan rayonunun Araz qəsəbə məktəbinin VIII sinif şagirdi Həsənova Aynur Müşfiq qızı I, Saatlı rayon Nəsimikənd kənd məktəbin IX sinif şagirdi Vəzirova Zümrüd Telman qızı II və İmişli şəhər 7 nömrəli məktəbin IX sinif şagirdi Qasımlı Aytac Bakir qızı III yeri tutublar.

 

İnşa yazı müsabiqəsində isə İmişli rayonu Yalavac kənd məktəbinin IX sinif şagirdi İsmayılzadə Fatimə Elçin qızı I, Saatlı rayon Nəsimikənd kənd məktəbin XI sinif şagirdi Huruşanova Mələk Yaşar qızı II, Saatlı ryonu Kamallı kənd ümumi orta məktəbin VI sinif şagirdi Şıxalıyeva Aylin Camal qızı III yeri tutublar.

 

Qaliblər MMRTİ tərəfindən diplomla təltif olunublar.

 

Müsabiqədə iştirak etmiş və uğur qazanmış bütün şagirlərə təşəkkür edir, uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,  ,  ,