28.02.2023

İsrafilli Bəxtiyar Elman oğlu ilə görüş keçirilib

5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq Beyləqan şəhər 8 nömrəli tam orta məktəbdə dəfələrlə Beynəlxalq yarışların qalibi, milli güləş üzrə Avropa ikincisi, dünya çempionatında isə 3-cü yerin qalibi olmuş İsrafilli Bəxtiyar Elman oğlu ilə görüş keçirilib.

 

Tədbirdə Bəxtiyar çıxış edərək 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəminin olduğunu bildirib. Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.

 

Sonra o, həyat və fəaliyyəti eləcədə idmanda qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.


Açar sözlər: ,  ,  ,