28.02.2023

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin (MMRTİ) tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə MMRTİ-nin müdir müavini Rabil Şahbazov və Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov iştirak ediblər.

 

Tədbirdə məktəbdənkənar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, nizam-intizam və təhlükəsizlik məsələlərinə diqqət yetirilməsinə dair tapşırıqlar verilib. Sonra cari məsələlər, tədrisin keyfiyyəti, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə müəssisə rəhbərlərinə müəyyən tövsiyələr verilib.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,  ,  ,