01.03.2023

Babaşov Elnur Rasim oğlunun XI sinifdə "açıq dərs"i dinlənilib

Sabirabad şəhər 1 nömrəli məktəbin riyaziyyat müəllimi Babaşov Elnur Rasim oğlunun XI sinifdə "açıq dərs"i dinlənilib.

 

"Açıq dərs"də Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov iştirak edib.

 

O, gənc müəllimlərin tədris prosesində davranışları ilə öz şagirdlərinə nümunəvi vətəndaş olmağın modelini nümayiş etdirmələrini bildirib. Bu cür yanaşma həm müəllim peşəsinin daxili tələbindən, həm də Azərbaycan cəmiyyətində müəllim adına verilən yüksək qiymətdən irəli gəldiyini qeyd edib.

 

Sonda Elnur müəllimin "açıq dərs"i müzakirə edilib. Müzakirələr zamanı dərs geniş təhlil olunub və müəllimə müvafiq tövsiyələr verilib.


Açar sözlər: ,  ,