03.03.2023

"Erkən nikaha yox deyək" mövzusunda tədbir keçirilib

Sabirabad rayonu Qaraağac kənd tam orta məktəbində "Erkən nikaha yox deyək" mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Sabirabad rayonu İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi pedaqoqu Nazim Sultanov, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin İmişli bölgəsi şöbəsinin baş məsləhətçisi Cəfər Sadiq Cəfərli, RİH yanında İctimai Şuranın sədri Güləndam xanım Səmədova, RİH  yanında  İctimai şuranın katibi Səbinə xanım Əliyeva, RİH yanında İctimai Şuranın üzvü Eldar Urufov, Sabirabad təhsil  sektorunun aparıcı məsləhətçisi Babaş Babaşov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Şamama xanım Əbilova və valideynlər iştitak ediblər.

Tədbirdə çıxış edənlər erkən yaşda qurulan nikahların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini vurğulayıblar. Erkən nikahın gələcəkdə ailədaxili, həmçinin psixoloji problemlərin yaranmasına səbəb olduğun bildiriblər. Bu problemlərin baş verməməsi üçün gənclərin mütləq şəkildə təhsilə yönəlməsinin və mükəmməl savada yiyələnməsinin zəruriliyini diqqətə çatdırıblar.

 

Tədbirin bədii hissəsində məlumatlandırıcı video-çarx nümayiş olunub, məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirilmiş, ədəbi-bədii kompazisiyalar təqdim olunub.


Açar sözlər: ,  ,  ,