İmişli rayon təhsil sektorunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ilə ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçirilib.
Müsabiqədə rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. “Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər H. Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.
Qeyd edək ki, müsabiqənin qalibi Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.