07.03.2023

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə tədbir keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü və yel çərşənbəsi ilə əlaqədar Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov məktəbdə çalışan qadın işçi və şagirdləri əlamətdar günlər münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib.

 

O, qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışıb, ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.

 

Sonra məktəbin şagirdlərinin ifasında müxtəlif ədəbi-bədii kompozisiyalar göstərilib və şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,  ,