15.03.2023

“Sərhəd” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Dövlət Sərhəd Xidmətinin Beyləqan rayonunda “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi-idman oyunun rayon mərhələsi keçirilib.

 

Hərbi-idman oyununda Beyləqan rayonunun sərhədyanı kəndlərində yerləşən tam orta məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.

 

Rayonun Qaradağlı kənd tam orta məktəbinin “Bozqurd” komandası I,  Şahsevən kənd tam orta məktəbin “Polad” komandası II, Araz qəsəbə tam orta məktəbin “Zirvə” komandası isə III yerin qalibi olublar.

 

I yeri tutan qalib komanda hərbi-idman oyununun zona turunda iştirak edəcək.

 

Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,