17.03.2023

Novruz bayramı ilə əlaqədar şənlik təşkil olunub.

Sabirabad şəhəri N. Nərimanov adına 2 nömrəli tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar şənlik təşkil olunub.

 

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, MMRTİ-nin Tədrisin Keyfiyyət Sektorunun müdiri Mahir Zahidov, Sabirabad rayon təhsil sektorunun müdiri Pəhlivan Qarayev iştirak ediblər.

 

Tədbirdən öncə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

 

Sonra tədbir iştirakçıları Azərbaycan Cüdo Federasiyası tərəfindən məktəbdə açılmış idman zalı ilə və şagirdlərin Novruz bayramı münasibətilə hazırladıqları guşələrlə tanış olublar.

 

Tədbirdə çıxış edənlər bildiriblər ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət - ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. Novruz bayramının Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunmasının qürurverici olduğunu diqqətə çatdırıblar.

 

Sonda Novruz tonqalı yandırılıb, Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, şagirdlər tərəfindən rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.


Açar sözlər: ,  ,  ,