29.03.2023

İdarə müdiri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev martın 31-də Beyləqan rayonu üzrə qeydiyyatda olan sakinləri qəbul edəcək.

 

Qeyd olunan rayonun sakinləri 27 - 30 mart 2023-cü il (saat 18:00-dək) tarixlərində Beyləqan rayonu üzrə təhsil sektorunun Çağrı Mərkəzi olan (+02122) 5-21-90 nömrəli telefonuna zəng və elektron (beylagan@edu.gov.az) müraciət etməklə qəbula yazıla bilərlər.


Açar sözlər: ,  ,