31.03.2023

İdarə müdiri Beyləqan rayonunda vətəndaşları qəbul edib

Mil - Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Beyləqan rayon təhsil sektorunda vətəndaşları qəbul edib.

 

Qəbulda vətəndaşlar, əsasən, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

MMRTİ-nin müdiri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

 

Qeyd edək ki, vətəndaş qəbulunda əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların MMRTİ-nə müraciət etmək imkanlarını artırmaqdan ibarətdir.


Açar sözlər: ,