Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsi ağacəkmə tədbiri keçirib.
MMRTİ-nin rəhbərliyi və əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə keçirilən ağacəkmə tədbirində şam ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək olub.