Füzuli rayonunun Horadiz qəsəbəsində “Sərhəd” hərbi-idman oyununun II turu keçirilib.
Hərbi-idman oyununda İmişli rayonunun sərhədyanı yaşayış məntəqəsində yerləşən Qızılkənd kənd tam orta məktəbin X sinif şagirdlərindən ibarət “Turan” komandası iştirak edib.
Yekun nəticəyə əsasən “Turan” komandası turun qalibi olub. Diplom və hədiyyələrlə mükafatlandırılan qalib komanda hərbi-idman oyununun I turunda iştirak edəcək.
Komanda üzvlərini təbrik edirik və uğurlar arzulayırıq!