06.04.2023

“İbtidai sinif müəllimlərinin I forumu” layihəsinə start verilir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşlığı ilə sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək olunması məqsədilə “İbtidai sinif müəllimlərinin I forumu” layihəsinə start verilir.

 

Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

 

15 aprel 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək olan ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulmuş bu tədbirdə Azərbaycan dili, riyaziyyat və ümumi kurikulum mövzularına toxunulacaqdır. Tədbir zamanı ekspertlər tərəfindən müəllimləri maraqlandıran mövzular barədə müzakirələr aparılacaq və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılacaqdır.

 

Onu da bildirmək istərdik ki, qeydiyyat linkindən ilk qeydiyyatdan keçmiş 300-350 müəllimə öncəlik veriləcəkdir və forumda iştirak üçün yaş məhdudiyyəti yoxdur.

 

Qeyd: Forumda yalnız bu il sertifikasiya imtahanında iştirak edən müəllimlər iştirak edə bilərlər.

Qeydiyyatdan son keçmə tarixi: 9 aprel 15:00

Qeydiyyat linki: https://ref.az/2g2pZ4h


Açar sözlər: ,  ,