07.04.2023

Direktor vəzifələrinə işə qəbul ilə bağlı sənədlərin qəbulu aparılır

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə vakant direktor vəzifələrinə işə qəbul ilə bağlı sənədlərin qəbulu aparılır.

 

Namizədlər 04-11 aprel 2023-cü il tarixləri aralığında (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiqlənmiş əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) aidiyyəti rayon üzrə təhsil sektorlarına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.


Açar sözlər: ,  ,