07.04.2023

Sertifikasiya imtahanı ilə bağlı maarifləndirici görüş keçirilib.

Beyləqan rayonunda Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov və Beyləqan RTS-nın müdir əvəzi Həsən Məmmədov tərəfindən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikasiya imtahanı ilə bağlı maarifləndirici görüş keçirilib.

 

Rabil Şahbazov sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıb. O, imtahanın məqsədi, imtahanın təşkili qaydaları və imtahana hazırlaşmaq üçün mənbələr haqqında danışıb.

 

Görüş müzakirə və sual-cavab formatında davam edib. Müəllimlər görüşün onlar üçün faydalı olduğunu bildirərək təşkilatçılara təşəkkürlərini çatdırıblar.

 

Görüşün keçirilməsində məqsəd sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdən ibarət olub.


Açar sözlər: ,  ,