07.04.2023

Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikasiya imtahanı ilə bağlı maarifləndirici tədbir keçirilib

İmişli rayonunda Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli RTS üzrə baş məsləhətçisi, müdir əvəzi Vahid Tağıyev tərəfindən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikasiya imtahanı ilə bağlı maarifləndirici tədbir keçirilib.

 

Vahid Tağıyev imtahanın məqsədi, imtahanın təşkili qaydaları və imtahana hazırlaşmaq barədə müəllimlərə ətraflı məlumat verib.

 

Müzakirə sual- cavabla davam edib. Müəllimlər görüşdən razı qaldıqlarını, onları maraqlandıran məsələlərə aydınlıq gətirildiyini bildirmişlər.


Açar sözlər: ,  ,