10.04.2023

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə keçirilən məlumatverici görüşlər başa çatıb

Saatlı rayon təhsil sektorunda sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib.

 

Xatırladaq ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 2500 nəfərdən çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərilə sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə keçirilən məlumatverici görüşlər başa çatıb.

 

Görüşlərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışılıb. Sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səsləndirilib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında əlavə məlumatlar verilib.

 

Sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb.

 

Görüşlərdə MMRTİ-nin müdir müavini Rabil Şahbazov, Tədrisin Keyfiyyəti sektorunun müdiri Mahir Zahidov və Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil sektorlarının rəhbərləri və əməkdaşalrı iştirak ediblər.


Açar sözlər: ,  ,