11.04.2023

Şagirdlər arasında futbol turnirinə start verilib

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Saatlı rayonu Əlisoltanlı kənd M. Əliyev adına tam orta məktəbin şagirdləri arasında futbol turnirinə start verilib.

 

Tədbirdə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən danışılıb, Prezident cənab İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğı qeyd edilib.

 

Turnirdə 12 komanda iştirak edəcək, qalib komanda diplom və hədiyyələrlə mükafatlandırılacaq.


Açar sözlər: ,  ,