11.04.2023

Saatlı rayonu UGİŞM-nin yetirmələri Respublika turuna vəsiqə qazanıblar

9 -10 aprel tarixlərində Şirvan şəhərində yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə zona birinciliyi keçirilib.

 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Saatlı rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Eyyubov Sərdar Ələddin oğlu və Şükürov Fəhmin Xalid oğlu öz çəki dərəcələrində qalib gələrək Respublika turuna vəsiqə qazanıblar.

 

İdmançılarımızı təbrik edirik və uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,