12.04.2023

“Ən yaxşı məqalə” müsabiqəsinin keçirilməsinə start verir

Təhsil Forumu Sosial Platforması Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı ilə birlikdə əməkdaşlıq çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsinin keçirilməsinə start verir.

 

Şərtlər:

- Məqalə word proqramında yazılıb PDF formatında 055 296 91 62 nömrəsinə whatsapp ilə təqdim olunmalı;

- Orfoqrafik səhvlərə yol verilməməli;

- Məqalə təqdim edən şəxs 1 ədəd şəkilini, ad, soyad və ata adını, işlədiyi məktəbin tam adını təqdim etməlidir.

 

Məqalələr bu gündən etibarən 30.04.2023 tarixinədək təqdim olunduqdan sonra 01.05.2023 tarixində hər biri Təhsil Forumu sosial platformasının media saytı olan TehsilForumu.az saytı üzərindən ictimaiyyətə təqdim olunacaq. 01.05.2023 tarixindən 10.05.2023 saat 18:00-dək ən çox bəyənilən (baxış sayına görə) 3 Məqalənin müəllifi qalib hesab olunacaq.

 

Qalib olmuş hər 3 Məqalənin müəllifi Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri tərəfindən təsdiq olunmuş "QIZIL QƏLƏM" Media Mükafatı Laureatı ilə təltif olunacaq. Əlavə olaraq 1-ci, 2-ci, 3-cü yeri qazanan müəlliflərə tutduğu yerlərə uyğun olaraq xüsusi hədiyyə də təqdim olunacaq.


Açar sözlər: ,  ,