Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı sektorunun müdiri, Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, şair Qəşəm Nəcəfzadə ilə İmişli şəhər 7 nömrəli tam orta məktəbdə görüş keçirilib.
Görüşdə İmişli rayonunun təhsil işçiləri, şagirdlər və rayondan olan bir qrup yaradıcı ziyalılar iştirak edib.
Tədbirdə şair keçdiyi yaradıcılıq yolundan və həyatından şirin xatirələr danışıb, iştirakçıların suallarını cavablandırıb.
Sonra şair Qəşəm Nəcəfzadənin şeirləri səsləndirilib və dinləyicilər tərəfindən hərarətli alqışlarla qarşılanıb.