Saatlı rayonu Əlisoltanlı kənd M. Əliyev adına tam orta məktəbin riyaziyyat müəllimi Vüqar Namazovun V sinifdə "açıq dərs"i dinlənilib.
"Açıq dərs"də Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov və Saatlı RTS-nin müdiri Günay Sultanova iştirak ediblər.
Dərsdən əvvəl Rabil Şahbazov və Günay Sultanova məktəbdə yaradılan şəraitlə tanış olub, pedaqoji heyyətlə görüşüblər. Görüş zamanı keyfiyyətli tədrisin təşkili, müəllim-şagird münasibətlərinin tənzimlənməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Vüqar Namazovun V sinifdə “Fəza fiqurlarının açılışı” mövzusunda “açıq dərs"ində iştirak ediblər.
Rabil Şahbazov gənc müəllimlərin tədris prosesində davranışları ilə öz şagirdlərinə nümunəvi vətəndaş olmağın modelini nümayiş etdirmələrini bildirib. Bu cür yanaşma həm müəllim peşəsinin daxili tələbindən, həm də Azərbaycan cəmiyyətində müəllim adına verilən yüksək qiymətdən irəli gəldiyini qeyd edib.
Sonda Vüqar müəllimin "açıq dərs"i müzakirə edilib. Müzakirələr zamanı dərs geniş təhlil olunub və müəllimə müvafiq tövsiyələr verilib.