15.04.2023

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Bu mərhələdə 82 nəfər namizəd iştirak edib.

 

Sabirabad şəhəri 4 nömrəli tam orta məktəbdə keçirilən imtahanda namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

 

Nəticələr test imtahanı mərhələsində iştirak edən namizədlərin əlaqə nömrələrinə göndəriləcək.

 

Bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,