Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant kitabxanaçı, laborant, UBTR və təsərrüfat müdiri vəzifələrinə işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
İmtahanda namizədlərə vəzifə bilikləri, əmək qanunvericiliyi və dünyagörüş üzrə ümumilikdə 30 test tapşırığı təqdim edilib. Sualların cavablandırıması üçün namizədlərə 60 dəqiqə vaxt verilib. Test mərhələsində uğur qazanan namizədlər, müsabiqənin müsahibə mərhələsnə dəvət olunacaqlar.
Qeyd olunan vəzifələrə işə qəbul üzrə imtahan şəffaflıq və obyektivlik prinsiplərini təmin etmək məqsədi ilə mərkəzləşdirilmiş qaydada təşkil edilib.
Bütün namizədlərə uğurlar arzulayırıq!