Müsabiqədə ali təhsilli, Mil-Muğan RTİ-nin əhatə etdiyi şəhər və rayonlarda yerləşən istənilən təhsil müəssisəsində çalışan, davamlı olaraq minimum 3 il pedaqoji staja malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Yuxarıdakı tələblərə cavab verən namizədlər aprel ayının 10-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/UFCFaFr9sSKyAoGh7
Namizədlər elektron qeydiyyatdan keçdikdən sonra ilkin olaraq qeydiyyat məlumatları yoxlanılacaq, daha sonra qiymətləndirmə (test imtahanı) mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələdə namizədlərin idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi üzrə bilikləri, məntiqi təfəkkürü yoxlanılacaq.
Test imtahanı mərhələsində müvafiq keçid balını (iştirakçı sayı və nəticələrə nisbətdə müəyyənləşdiriləcək) toplamış namizədlərin nəzəri və praktiki bilikləri (tədrisin təşkili və keyfiyyəti, məzmun və qiymətləndirmə, kadr məsələləri, maliyyə-təsərrüfat məsələləri, hüquqi biliklər) yazı işi (esse) mərhələsində yoxlanılacaq.
Yazılı imtahan mərhələsində uğur qazanmış şəxslər təlimlərə cəlb olunacaq. Təlimlər başa çatdıqdan sonra təcrübəkeçmə dövrü başlayacaq.
Müsabiqənin məqsədi: