İmişli rayonunun ümumi təhsil məktəblilərinin şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş idmanın futbol və basketbol (oğlanlar arasında) növü üzrə rayon birinciliyi keçirilib.
İmişli şəhər 5 nömrəli məktəb-liseydə və 7 nömrəli tam orta məktəblərdə keçirilən yarışda 2008-2009-cu il təvəllüdlü məktəblilər iştirak edib.
Futbol yarışının nəticəsinə əsasən I yeri şəhər 5 nömrəli məktəb-liseyin, II yeri şəhər 7 nömrəli tam orta məktəbin, III yeri isə şəhər 3 nömrəli tam orta məktəbin komandaları tutub.
Basketbol yarışında isə I yeri 5 nömrəli məktəb-liseyin, II yeri 7 nömrəli tam orta məktəbin, III yeri isə 2 nömrəli tam orta məktəblərin komandaları tutub.
Qalib komanda üzvləri diplom və hədiyyələrlə təltif olunublar.