20.04.2023

XV rus dili Olimpiadasının II mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil idarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında XV rus dili Olimpiadasının II mərhələsi keçirilib.

 

Sabirabad rayonu N. Nərimanov adına 2 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada 7-9-cu sinif şagirdləri arasında keçirilib. Olimpiadanın bu turnda qalib olan şagird növbəti turda iştirak etmək hüququ qazanacaq.

 

Olimpiada bir neçə əlamətdar tarixlərə - “Rus dilində olimpiada” layihəsinin 15 illiyi; Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi; şair və yazıçı Mixail Lermontovun anadan olmasının 209-cu ildönümü; Azərbaycanın şair və yazıçısı Mirzə Fətəli Axundzadənin anadan olmasının 211-ci ildönümünə həsr olunub.


Açar sözlər: ,  ,